Gürcüstan xüsusi xidmət orqanlarının əməkdaşları Rusiya ilə Ermənistanı birləşdirən qaz kəmərini partlatmağa cəhd etmiş şəxsləri saxlayıblar.
Oxu.Az Gürcüstan On-line-ə istinadən xəbər verir ki, keçirilən xüsusi əməliyyat nəticəsində 7 nəfər saxlanılıb, onların arasında Poti şəhərinin polis əməkdaşı da var.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, saxlanılan şəxslər qaz kəmərinin Saquramo kəndindən keçən hissəsində terror aktı planlaşdırıblar.
Saxlanılan şəxslərdən 5 nəfəri Gürcüstan vətəndaşıdır.