Haitinin paytaxtı Port-o-Prens şəhəri hazırda cinayətkar dəstələrin nəzarətindədir.
Onlar şəhərin təxminən 80%-nə nəzarət edirlər.
Hüquq müdafiəçilərinin fikrincə, asayişi bərpa etmək üçün beynəlxalq təhlükəsizlik qüvvələrinə ehtiyac ola bilər.
Minlərlə sakin zorakılığın hökm sürdüyü paytaxt Port-o-Prensdən qaçır.
“Ti Lapli” təxəllüsü ilə tanınan Renel Destinanın başçılıq etdiyi “Qran Ravin” dəstəsi yerli əhalini qorxu içində saxlayır. Həmçinin Renel Destina ABŞ vətəndaşlarının oğurlanmasına görə axtarışa verilib.
Polis cinayətkarların öhdəsindən gələcəyinə söz versə də, bu, sakinləri sakitləşdirməyə kifayət etməyib.
“Gördüyünüz kimi, dəstələr evlərimizi yandırdılar, bütün əmlakımız yandı. Biz irəli gedə bilmirik. Bizə kömək edən polisləri itirdik. Gecələr bizə kömək edən, hətta qanazlığından əziyyət çəkən gənclərin hamısı öldü. Onlar öz qanlarında boğulurlar”, - deyə Karrfur-Fey rayonunun sakinləri bildiriblər.
“Orada ölənlər var və heç kim onların arxasınca gedə bilməz. Güllələrdən yaralananlar var. Onları hətta xəstəxanaya da çatdıra bilmirik. Onları kim götürə bilər? Kiməsə güllə dəysə, onun arxasınca gedib xəstəxanaya aparmalı olacağıq. O zaman özünün də gülləyə tuş gəlmək riskin var”, - deyə sakinlər qeyd ediblər.
Xatırladaq ki, 2021-ci ildə prezident Jovenel Moiz öldürüldükdən sonra Haitidə xaos başlayıb və cinayətkar dəstələr ölkəyə nəzarəti ələ keçirməyə başlayıblar.
Hazırda cinayətkar dəstələr paytaxt Port-o-Prensin təxminən 80%-nə nəzarət edirlər.
Haiti paytaxtı cinayətkar dəstələrin nəzarətində: Sakinlər kütləvi şəkildə şəhəri tərk edirlər - VİDEO
Mənbə: Euronews.com
Rəylər