Tehranda İran Prezidenti Məsud Pezeşkian ölkəyə səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Görüşün təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, Fidan səfəri çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçı və parlamentin sədri Məhəmməd Bağır Qalibafla da danışıqlar aparıb.