Sentyabrda Yaponiyanın Müdafiə Nazirliyi və Müdafiə qüvvələri ümumi kommunikasiya şəbəkəsinin kiberhücuma məruz qaldığını aşkar ediblər, bu hakerlərə piyada qüvvələrinin kompüter sisteminə girməyə imkan verib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirlikdə olan mənbəyə istinadən “Kyodo” məlumat yayıb.
Qeyd edilir ki, hücum nəticəsində məlumat oğurlana bilərdi. Cinayətkarların hücumunun arxasında hansısa dövlətin dura biləcəyi ehtimalı var. Dəyən zərərin tam miqyası aydın deyil.
Mütəxəssislər etiraf ediblər ki, təhlükəsizlik sistemində olan boşluqlar vasitəsilə sistemə girən cinayətkarların kiberhücumu peşəkarcasına olub. Müdafiə Nazirliyi kibertəhlükəsizlik sahəsində hərbi hzırlıq səviyyəsini artırıb.
E.Ə.
www.oxu.az