Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Həkim Baydendə demensiya əlamətlərinin olduğunu təsdiqləyib
ABŞ Prezidenti Cozef Baydendə yaşla əlaqədar demensiyanın əlamətləri özünü göstərir.
Bunu “Fox News”a müsahibəsində Cons Hopkins Universitetinin professoru və cərrah Marti Makari deyib.
“Koqnitiv (idrak) tənəzzül gözümüzün qarşısında baş verir. Beş il əvvəllə müqayisədə bugünkü fəaliyyət tərzində çox nəzərəçarpan fərq var. Bu, həqiqətən kədərlidir”, - o deyib.
Həkim xatırladıb ki, hər bir insan vaxtaşırı bəzi sözləri unuda və ya səhv edə bilər, lakin Baydenin vəziyyətində sürətlə artan yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır.
Makarinin sözlərinə görə, amerikalıların Baydenin prezidentlik yarışında iştirakından narahat olmaq üçün hər cür əsası var. O hesab edir ki, hazırkı Amerika liderinin vəziyyəti çətin ki sabitləşsin və normallaşsın.
Xatırladaq ki, fevralın 9-da, ABŞ-nin 81 yaşlı Prezidenti Cozef Baydenin həyatı və karyerası ilə bağlı əsas faktları xatırlaya bilməməsini açıqlayan xüsusi prokuror Robert Hyorun hesabatından sonra keçmiş prezidentlər Barak Obama və Donald Trampın həkimi Ronni Cekson Amerika liderini Demokrat Partiyasının prezidentliyə namizəd olmaq niyyətindədirsə, ümumi seçkidən əvvəl zehni qabiliyyət testindən keçməyə çağırıb.
Həkim diaqnoz qoymayıb, lakin etiraf edib ki, Baydenin yaşla bağlı koqnitiv problemləri var: o, qeyri-səlis danışır, harada olduğunu unudur və adları xatırlaya bilmir.
"Co Bayden" teqi üzrə xəbərlər
- Baydenin prezidentlik müddətində kimlərin diktəsi ilə oturub-durduğu məlum olub
- Bayden Trampın "mirasını" satır: Sərhəd divarının hissələri hərraca çıxarılacaq
- Tramp Baydeni oğurluqda ittiham edib
- ABŞ nəşri yazdı: Baydenə qarşı ittiham irəli sürüləcək?
- Qanunun aliliyi Co Baydenin oğluna şamil olunmur?
Rəylər