Suriyanın Hələb şəhərinin şərq hissəsində çıxılmaz vəziyyətdə qalan insanların təxliyə əməliyyatı yenidən bərpa edilib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə müşahidəçilər və həkimlər bildirib.
Bazar günü axşam saatlarında Şərqi Hələbdən beş avtobusda 350 nəfər çıxarılıb.
Bunu Xan Əl-Asala təxliyəni kordinatorluq edən həkimlərin başçısı Əhməd əl-Dabis bildirib.
Londonda yerləşən Suriyada insan haqlarına riayətin monitorinq mərkəzi də Hələbdən bazar günü beş avtobus və iki təcili yardım avtomobilinin çıxdığını təsdiqləyib.
Şərqi Hələb dörd ildən artıqdır ki, qiyamçıların nəzarəti altında, son iki ildə isə mühasiərədə idi. Suriya hakimiyyəti çərşənbə günü şəhərin tam nəzarət altına alındığını bəyan edib.
N.O.
www.oxu.az