İsrail silahlı qüvvələri Qəzza zolağında radikal Fələstin hərəkatı olan HƏMAS-ın maliyyə şöbəsinə rəhbərlik edən Məhəmməd Əbu Əlvanı zərərsizləşdirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrail Katsın birgə yaydığı bəyanatda qeyd olunub.
Məlumatda vurğulanır ki, dəqiq zərbə ilə həyata keçirilən bu əməliyyat anklavın cənubunda yerləşən Xan-Yunis şəhərində baş tutub.
"Biz HƏMAS-ın komandirlərini və yaraqlılarını izləməyə, qruplaşmanın maliyyə mənbələri ilə mübarizə aparmağa və terror infrastrukturunu məhv etməyə davam edəcəyik. HƏMAS-ın yenidən güclənməsinə imkan verməyəcəyik və bu təşkilat Qəzza zolağından tamamilə silinənə qədər dayanmayacağıq", - deyə Bəyanatda qeyd olunur.