"Hindistan hökuməti Hind çayından Pakistana suyun verilişini dayandırmağın üzərində işləyir".
Oxu.Az xəbər verir ki, bunu Hindistanın su resursları naziri Çandrakant Raqhunath Patil deyib.
Onun sözlərinə görə, Hind çayından bir damla su da Pakistana axmayacaq:
"Bununla bağlı keçirilən görüşdə üç variant müzakirə edilib. Hökumət qısamüddətli, ortamüddətli və uzunmüddətli tədbirlər üzərində işləyir ki, bir damla su da Pakistana düşməsin".
Nazir əlavə edib ki, suyun axınının dayandırılması və onun başqa məcraya yönəldilməsi üçün yaxın vaxtlarda çayların şirinləşdirilməsi işləri aparılacaq.