Hindistanın Qərbi Benqal ştatında daşqınların güclənməsi və Qanq çayı sahillərinin eroziyası nəticəsində 150 illik tarixə malik Şiva məbədi çöküb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat yayıb.
Qəzet qeyd edir ki, çayda suyun səviyyəsi sentyabrın 9-dək artmaqda davam edəcək. Dağılan məbəd ötən ildən bəri qəzalı vəziyyətdə idi. İndiyə qədər müvəqqəti qoruyucu qurğular vasitəsilə binanın aşmamasına çalışılıb.
Məqalədə vurğulanır ki, rəsmilər ərazidən iki minə yaxın sakini təxliyə ediblər. Onlar müvəqqəti olaraq müxtəlif məktəb binalarında yerləşdiriliblər.