Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hindistanda fermerlərin etirazları güclənir: Sərhəddə estakadanı zəbt etdilər - YENİLƏNİB + FOTO/VİDEO
Hindistanda etiraz aksiyası keçirən fermerlər Haryana və Pəncab ştatlarının sərhədində estakadanı zəbt edib orada quraşdırılmış səs izolyasiya baryerlərini dağıdıblar.
Bununla bağlı yayılan görüntülərdə nümayişçilərin bir neçə səs izolyasiya baryerini çıxarıb körpüdən atdıqları öz əksini tapıb. Polis etirazçıları sakitləşdirmək üçün su şırnaqlarından istifadə edib.
Daha əvvəl isə Haryana və Pəncab sərhədində yerləşən Şambxu kəndi yaxınlığında fermerlərin etiraz aksiyasının bir neçə iştirakçısı saxlanılıb. Bu, etirazçıların yürüş marşrutu boyunca quraşdırılmış barrikadaları, o cümlədən beton barrikadaları yıxmasından sonra baş verib. Etirazçılar həmçinin fermalardan birinin hasarını sındırıb və əraziyə daxil olublar.
Məhsullar üzrə onlara minimum qiymət zəmanətinin verilməsinə imkan verən qanunun qəbul edilməsi ilə yanaşı etirazçılar həmçinin fermerlərə pensiyaların verilməsini, fermer təsərrüfatlarının borcdan azad edilməsini tələb edirlər.
Mənbə: ANI
13:48
Avropanı cənginə alan fermerlərin etiraz aksiyaları Hindistanda da baş qaldırıb.
Ölkədə yerli həmkarlar ittifaqları kənd təsərrüfatı məhsullarının minimum qiymətini və bu məhsulların hökumət tərəfindən zəmanətli şəkildə alışını təmin edən qanunun qəbul olunmasında israr edirlər.
Fermerlər ölkənin paytaxtına yürüş etmək niyyətindədirlər. Hətta Haryana və Uttar-Pradeş ştatları ilə sərhədlərdə barrikadalar quraşdırılıb. Etiraz aksiyalarının birində polis gözyaşardıcı qazdan belə istifadə edib.
Xatırladaq, daha əvvəl Polşa, İspaniya, İtaliya, Almaniya, Fransa, Bolqarıstan kimi ölkələrdə kütləvi şəkildə fermerlərin etiraz aksiyaları baş tutub.
Mənbə: “RIA Novosti”
Mövzuya aid xəbərlər
- Polşalı fermerlər meydanda Ursula fon der Lyayen üçün dar ağacı qurdular - VİDEO
- Bolqarıstanda etiraz edən fermerlər bir ton yarım südü yerə töküblər - VİDEO
- İspaniyada etiraz edən fermerlər traktorlarla yolları bağlayıblar - FOTO/VİDEO
- Almaniyada fermerlər Teleradio və Yayım şirkətinin girişini bağlayıblar - VİDEO
- İtaliyada etiraz edən fermerlər Romaya doğru yürüşə başlayıblar
Rəylər