Hindistanda Ximaçal-Pradeş ştatında sürüşmə zamanı azı 46 nəfər həlak olub.
Oxu.Az Report-a istinadla xəbər verir ki, hazırda 46 nəfərin cəsədi tapılıb. Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, hadisə Ximaçal-Pradeş ştatında, Mandi dairəsində baş verib. Sürüşmənin ölkə əhəmiyyətli avtomagistralda baş verdiyi bildirilir. Hadisə zamanı iki avtobus torpaq altında qalıb.
A.S.