Hindistanın şərqində yaraqlıların polisə hücumu nəticəsində ən azı səkkiz nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün NDTV telekanalı mənbələrə istinadən məlumat yayıb.
Hadisə çərşənbə günü Andxra-Pradeş və Orissa ştatlarının sərhədində baş verib. 13 nəfərin olduğu mikroavtobusun hərəkət etdiyi yolda əldəqayırma bomba quraşdırılıb. Avtobusda təlimə gedən polislər olub.
Hindistanda naksalitlər adlanan yaraqlılar ölkəni müxtəlif yerlərində: Bihare, Çhattisqare, Carkhanda, Oriss və digər ştatlarında fəaliyyət göstərirlər. Yaraqlılar partizan müharibəsi aparırlar, onlar gizləndikləri cəngəllikdən yalnız yaşayış məntəqələrinə və hakimiyyət nümayəndələrinə hücum üçün çıxırlar.
N.O.
www.oxu.az