88 yaşlı nənə təcavüzkarı etirafı ilə dəhşətə gətirib və o, aradan çıxmalı olub.
Oxu.Az Amerika KİV-nə istinadən xəbər verir ki, 88 yaşlı Helen Reynolds yaşadığı binanın yerləşdiyi yaşayış kompleksinin əməkdaşı kimi özünü təqdim edən kişini evə buraxıb. Hadisə Pensilvaniyanın Çester dairəsində baş verib.
Cinayətkar evə girən kimi qadının yapışqanlı lent ilə əl-qolunu bağlayıb. Qadının sözlərinə görə, cinayətkar onun gözlərini, ağzını və burnunu da bağlayıb, amma qadın hücum edən şəxsə “Sən həqiqəti bilməlisən. Məndə HİV var, ərim bundan ölüb” deyə bilib.
Qadın deyir ki, bu sözlər onun həyatını xilas edib, halbuki bu, həqiqət deyil. Bu sözləri eşidən kişi çıxıb gedib. Hazırda polis cinayətkarı axtarır.
N.О.
www.oxu.az