"Almaniyanın İkinci Dünya müharibəsi illərində yəhudilərin qətli və təqibinə görə tarixi məsuliyyəti dəyişməz olaraq qalır".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Almaniya Kansleri Fridrix Merts Holokost Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə "X" hesabında etdiyi paylaşımda yazıb.
"Bizim tarixi məsuliyyətimiz dəyişməz qalır: antisemitizmə Almaniyada yer yoxdur", - deyə o bildirib.
"Biz bu gün, Holokost Qurbanlarının Anım Günündə, istənilən digər günlərdə olduğu kimi, yəhudilərin sistematik şəkildə qətlə yetirilməsini xatırlayırıq. Bir daha heç vaxt bunun kimi şeylər baş verməməlidir", - deyə kansler vurğulayıb.