Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Husilərdən Ben Qurion hava limanına NÖVBƏTİ ZƏRBƏ
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər hipersəs ballistik raketdən istifadə etməklə, Təl-Əvivdəki Ben Qurion hava limanına yeni zərbə endiriblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, müvafiq mesaj üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın "Telegram" kanalında dərc olunub.
Bildirilib ki, bu, hərəkat tərəfdarları tərəfindən son 24 saat ərzində həmin hava limanına atılan üçüncü raketdir.
Yəməndəki "Ənsar Allah" üsyançı hərəkatından husilər İsrailin paytaxtı Təl-Əvivdə Ben Qurion hava limanına zərbə endiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriə "Al Masirah" telekanalının efirində açıqlama verib.
Onun sözlərinə görə, "əməliyyat hipersəsli ballistik raketdən istifadə olunaraq həyata keçirilib".