Dünyanın ən nüfuzlu biznes jurnalı “Forbes” 2019-cu ildə bütün dünya üzrə 2153 milyardçı olduğunu hesablayaraq, onların məcmu sərvətini 8,7 trln dollar məbləğində dəyərləndirib. Son 10 ildə ikinci dəfədir ki, milyardçıların sayı 55 nəfər və onların ümumi varidatı isə müvafiq olaraq 400 mlrd dollar azalıb.
Amma idman komandalarının sahibləri üçün il daha uğurlu olub. Belə ki, ən zənginlərin Top-20-dən cəmi 6 nəfərin sərvəti azalıb
İdman komandalarının ən zəngin sahiblərinin TOP-10-nu təqdim edirik:
1.Mukeş Ambani

Ölkə:Hindistan
Ümumi reytinqdə yeri:13
Sərvət: 50 mlrd dollar
Biznes: “Reliance Industries” (neftkimya, reteyl, telekommunikasiya)
Komanda: “Mumbai İndians” (kriket)2. Stiv Balmer
2.Stiv Balmer

Ölkə: ABŞ
Ümumi reytinqdə yeri: 19
Sərvət: 41,2 mlrd dollar
Biznes: “Microsoft”
Komanda: “Los-Anceles Klippers” (basketbol)
3.Aleksey Mordaşov

Ölkə: Rusiya
Ümumi reytinqdə yeri:48
Sərvət: 20,5 mlrd dollar
Biznes: “Severstal” (metallurgiya), TUI (turizm)
Komanda: “Severstal” Çerepoveç (hokkey)
4.Ditrix Mateşits

Ölkə: Avstriya
Ümumi reytinqdə yeri: 53
Sərvət: 18,9 mlrd dollar
Biznes: “Red Bull”
Komanda: “New York Red Bulls”, “RB Leipzig”, “Red Bull Racing” (Formula-1) və digərləri
5.Hasso Plattner

Ölkə: Almaniya
Ümumi reytinqdə yeri: 94
Sərvət: 13,5 mlrd dollar
Biznes: SAP (proqram təminatı)
Komanda: “ San Jose Sharks” (hokkey)
6.Roman Abramoviç

Ölkə: Rusiya
Ümumi reytinqdə yeri: 107
Sərvət: 12,4 mlrd dollar
Biznes: “Yevraz”, “Norilskiy nikel”
Komanda: “Çelsi” (futbol)
7.Cim Retkliff

Ölkə: Böyük Britaniya
Ümumi reytinqdə yeri: 110
Sərvət: 12,1 mlrd dollar
Biznes: “Ineos Group” (neftkimya)
Komanda: “Team Sky” (velosport)
8.Devid Tepper

Ölkə: ABŞ
Ümumi reutinqdə yeri: 118
Sərvət: 11,6 mlrd dollar
Biznes: “Appaloosa Management”
Komanda: “Carolina Panthers” (Amerika futbolu)
9.Filip Anşuts

Ölkə: ABŞ
Ümumi reytinqdə yeri: 128
Sərvət: 10,9 mlrd dollar
Biznes: İnvestisiyalar
Komanda: “Los Angeles Kings” (hokkey), “Los Angeles Galaxy” (futbol)
10.Mixail Proxorov

Ölkə: Rusiya
Ümumi reytinqdə yeri: 139
Sərvət: 9,8 mlrd dollar
Biznes: İnvestisiyalar
Komanda: “Brooklyn Nets” NewYork (basketbol)