Mart ayının 1-də Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti keçiriləcək.
Oxu.Az bu barədə Pakistan KİV-nə istinadən xəbər verir.
İƏT-in əvvəlki sammiti 2012-ci ildə Bakıda keçirilmişdi.
Qeyd edək ki, İran, Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan təşkilatın üzvləridir.
İƏT – siyasi və iqtisadi hökumətlərarası Avrasiya təşkilatıdır. 1985-ci ildə İran, Türkiyə və Pakistan tərəfindən təsis edilib. Strukturun məqsədi ticarətin inkişafı və təşviqi yollarının, eləcə də investisiya imkanlarının müzakirəsidir.
N.O.
www.oxu.az