Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
II Elizabetin oğlu anasının son vəsiyyətini pozdu
Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin oğlu, hazırda zorakılıqda ittiham olunan şahzadə Endryu anasının itlərinə qulluq etməməklə kraliçanın son vəsiyyətini pozub.
Oxu.Az xəbər verir ki, bu barədə News.ru yazır.
Bildirilir ki, şahzadə Endryu əvvəlcə itlərə qulluq edib onları gəzdirsə də, sonradan depressiyaya düşüb və heyvanları xidmətçilərə təhvil verib.
Qeyd olunur ki, kraliçanın həyatının son illərində onun yanında iki sevimli iti var idi - COVID-19 pandemiyası zamanı kiçik oğlunun ona verdiyi Myuik və Sendi. Məlumdur ki, II Elizabet həyatı boyu 30-dan çox Korgi və Dorgi cinsli itlərə sahib olub.
Rəylər