"Fukusima-1" atom elektrik stansiyasının operatoru, TEPCO şirkəti stansiyadan nüvə yanacağının çıxarılmasını bərpa edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Yozi Muto bəyan edib.
"Şirkət bu gündən etibarən "Fukusima-1" AES-in ikinci reaktorunda ərimiş nüvə yanacağının test çıxarılması üzrə ikinci əməliyyata başlayır", - deyə Muto bildirib.
O vurğulayıb ki, nazirlik stansiyada fəsadların aradan qaldırılması ilə bağlı məsələləri diqqətlə izləyir.
Qeyd edək ki, 2024-cü il oktyabrın 28-də "Fukusima-1" AES-in operatoru obyektdəki ikinci enerji blokundan ərimiş nüvə yanacağının çıxarılmasının birinci mərhələsinə başlayıb.