Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaponiyada ilk dəfə 50 ildən çox yaşı olan AES-in istismarı təsdiqləndi
Yaponiya Atom Enerjisi Tənzimləmə İdarəsi 2024-cü ilin noyabrında 50 yaşı tamam olacaq Takahama Atom Elektrik Stansiyasının (Fukui prefekturası) birinci enerji blokunun istismarının davam etdirilməsini təsdiqləyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Kyodo agentliyi xəbər verib.
Qeyd olunub ki, bu, Yaponiyada tənzimləyicinin 50 yaşdan yuxarı enerji blokunun istismarının davam etdirilməsini təsdiqlədiyi ilk haldır. Hərtərəfli yoxlamalardan sonra Yaponiya tənzimləyicisi Takahama AES-in birinci enerji blokunun bütün təhlükəsizlik standartlarına cavab verdiyini müəyyən edib. İcazə 10 il müddətinə verilib.
Yaxın vaxta qədər Yaponiyada nüvə reaktorlarının istifadəsinin maksimum müddəti 40 il həddində əlavə uzadılma icazəsi alınmaqla 60 il təşkil edirdi. Lakin 2023-cü ildə qanunvericiliyə düzəlişlər təsdiq edilib ki, bu da AES-lərin təhlükəsizliyinin istismara verildikdən 30 il sonra və növbəti hər 10 ildən bir yoxlanılmasını tələb edir.
Yaponiya hökuməti 2011-ci ilin yazında "Fukusima-1" AES-də baş verən qəzadan sonra bütün atom stansiyalarını dayandırmaq qərarına gəlib. Daha sonra bəzi reaktorlar təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən, o cümlədən mümkün təxribatlara qarşı tədbirlərdən sonra yenidən işə salınmağa başlayıb. Hazırda Yaponiya hakimiyyəti enerji daşıyıcılarının dünya qiymətlərinin artması fonunda reaktorların yenidən işə salınmasına böyük diqqət yetirir.
"Yaponiya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Yaponiyada 8-9 bal gücündə zəlzələ XƏBƏRDARLIĞI
- Yaponiya rakettutma sistemlərini sınamaq üçün kosmik yük gəmilərindən istifadə edəcək
- Yaponiyada 25 ilin ən böyük qrip epidemiyası qeydə alındı
- Yaponiya şirkəti tərəfindən hazırlanan "Gələcəyin şəhəri"
Rəylər