İndoneziyanın Açex əyalətində məktəbdə ayrı-ayrılıqda təhsil almaq barədə qanun qəbul edilib. Regionun hakimiyyəti kişilərə və qadınlara bərabər motosiklet sürməyi qadağan edəcək. Bu barədə Reuters bildirib.
“Bizim indi elədiyimiz bütün ənənəvi islam məktəblərində qəbul ediləcək”, - agentlik əyalətin qanunverici məclisinin üzvü Fauzan Həmzənin sözlərindən sitat gətirir, Oxu.Az Lenta-ya istinadən xəbər verir.
O qeyd edib ki, ayrılıqda tərdis alma təcrübəsi yalnız Şimali Açexdə (Açex əyalətinin dairəsi) tətbiq edilir.
Bununla yanaşı Həmzə ümid edir ki, bu qəbildən olan siyasət bütün regionda qəbul ediləcək.
O əlavə edib ki, qanunvericilər nəqliyyat vasitələrindən istifadənin sərtləşdirilməsinə dair müzakirələrə başlamalıdır.
Həmzə 2013-cü ildə qadınlara yan oturacaq istisna olmaqla motosikletdə getməyi qadağan edən qanunun qəbul olunduğunu, amma bu qanuna riayət olunmadığını xatırladıb. O, kişilərə və qadınlara motosikletdə bərabər oturmağı qadağan etməyə çağırır.