İranın zənginləşdirilmiş uran ehtiyatlarının yeri və onlara nəzarət Tehran və Vaşinqton arasında mümkün razılaşmada əsas problem olaraq qalır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" nəşri Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qiymətləndirmələrinə istinadən məlumat verib.
Məlumata görə, ehtiyatların əhəmiyyətli hissəsi, ehtimal ki, İsfahandakı nüvə kompleksinin dərin yeraltı tunellərində, qalan hissəsi isə Fordo və Natanzdakı obyektlərdə saxlanılır.
ABŞ məmurlarının və ekspertlərinin əsas narahatlıqları onunla bağlıdır ki, İran uranının bir hissəsi BAEA-nın nəzarətindən kənarda, adı açıqlanmayan obyektlərə köçürülmüş ola bilər və bu da gələcək danışıqları ciddi şəkildə çətinləşdirə bilər.