Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
İran İsrailin onun ərazisinə endirdiyi zərbələrdən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat verib.
"Biz bu quruma aqressiyanın miqyasını və qlobal sülh və təhlükəsizliyə təhdidləri nəzərə alsın və sionist rejimini buna görə tam və effektiv şəkildə cavabdeh olmağa çağırsın deyə müraciət etmişik", - deyə İranın Təhlükəsizlik Şurasının təcili fövqəladə iclasında bildirilib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Güman ki, bir neçə yüksək rütbəli hərbçi və nüvə alimi öldürülüb.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri düşmənlərini daha güclü zərbə ilə hədələdi
- İsrail İrana ikinci hücuma hazırlaşır
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"