İran polisi İsrailin zərbələrindən sonra 19 nəfəri həbs edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Guardian" öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, Hörmüzqan əyalətində 14 nəfər həbs edilib. İran kiber polisi onları sosial şəbəkələrdə şayiələr yaymaqda və İsraili dəstəkləməkdə ittiham edir. Onları iki ildən beş ilə qədər həbs cəzası gözləyir.
Daha beş nəfər isə Yəzddə sənaye və hərbi obyektləri çəkdikləri üçün saxlanılıb.
İranda İsrailin pilotsuz uçuş aparatlarını (PUA) daşıyan avtomobillər aşkarlanıb.
Oxu.Az bu barədə "Nour News" agentliyinə istinadla xəbər verir.
Agentlik sözügedən avtomobillərin görüntülərini yayıb.
PUA daşıyan maşınların saxlanıldığı bildirilir.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə "Oyanan şir" adlı hərbi əməliyyata başlayıb. Əməliyyat İranın nüvə proqramına qarşı yönəlib.
