Tehran 5-6 ay ərzində neft hasilatını təxminən gündə 1 milyon barelə çatdıracaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İranın neft nazirinin müavini Amir Husseyn Zamaniniya bildirib.
“5-6 ay ərzində neft hasilatını təxminən gündə 1 milyon barelə qədər artıracağıq”, - nazir müavini bu barədə qaz ixracatçı ölkələrinin forumunda bildirib.
“Biz bunun OPEK çərçivəsində ediləcəyini gözləyirik. Biz OPEK-in kvotasının dəyişməyəcəyi təqdirdə istehsalı və tədarükü artırmağı gözləyirik. Ona görə də OPEK ilə koordinasiya edəcəyik... Bu, sutkada 30 milyon bareldir (OPEK-in kvotası)”, - nazir müavini qeyd edib.