Əmir Hatəmi İranın silahlı qüvvələrinin baş komandanı təyin edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə əmri İranın ali lideri ayətullah Əli Xamenei imzalayıb.
Məlumata görə, Hatəmi İranın keçmiş müdafiə naziri olub.
Qeyd edək ki, yeni təyinat İsrail-İran gərginliyi fonunda baş tutub.