İran rəhbərliyi Rusiyanın çoxməqsədli Su-30 qırıcılarını almaq imkanlarını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“Su-30 qırıcılarının alınması Müdafiə nazirliyinin gündəmindədir”, - ölkənin müdafiə naziri Hüseyn Dehqan bildirib.
O, həmçinin qeyd edib ki, ölkə hakimiyyəti öz müdafiə qabiliyyətliyini təmin etmək üçün ABŞ və İsraildən başqa istənilən ölkəyə müraciət etməyə hazırdır.
Nazir bu bəyanatı, Rusiya və İran arasında 10 milyard dollar dəyərində silah və texnika tədarükünə dair danışıqları şərh edərkən verib.
N.O.
www.oxu.az