İran hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xəzər dənizində İslam Respublikasına məxsus ticarət gəmisinə endirdiyi zərbəni cavabsız qoymayacağını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi İran parlamentinin vitse-spikeri Əli Nikzadın bəyanatına istinadən məlumat yayıb.
"Ölkəmizə və ərazimizə qarşı təcavüzün həyata keçirildiyi istənilən nöqtə, şübhəsiz ki, silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək. Ukrayna hökumətinin uzaqgörənlikdən uzaq addımları cavabsız qalmayacaq", - deyə o vurğulayıb.
Xatırladaq ki, ötən gün İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini, nəticədə ekipaj üzvlərindən birinin həlak olduğunu açıqlayıb.