İran ümumi gücü 20 min MVt olan onlarla atom elektrik stansiyası (AES) tikmək niyyətindədir.
Oxu.Az RBK-dan istinadən xəbər verir ki, iranlı ekspertlər yeni AES-in yerləşəcəyi yerləri artıq seçiblər.
İslam Respublikası Xəzər dənizi, Fars körfəzi, Oman dənizi, Xuzistan əyaləti və ölkənin şimal-qərbində 16 atom stansiyası tikməyi planlaşdırır. Yeni elektrik stansiyalarının inşası üzrə yerlərin seçimi başa çatıb.
“Bu, İranın nüvə enerjisinin inkişafı haqqında uzunmüddətli proqramına, həmçinin beynəlxalq qanun və normalara uyğundur” – deyə, İran hökumətinin bəyanatında vurğulanır.