İranın hərbi qüvvələri ölkənin ərazi bütövlüyünü və vətəndaşlarını müdafiə etmək məqsədilə davamlı olaraq yeni silah növlərinin yaradılması üzərində işləyir.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İranın elit hərbi birləşməsi) nümayəndəsi Hüseyn Möhibi açıqlama verib.
"Xalqımızı və dövlətimizi qorumaq üçün daimi əsasda yeni silahlar hazırlayır, ordumuzun döyüş hazırlığı səviyyəsini artırırıq", - deyə o, "SEPAH-ın ABŞ xalqına müraciəti" adlı mətbuat konfransında çıxışı zamanı bildirib.