"ABŞ-nin İran gəmilərini təqib etməsi və hücumları davam edəcəyi təqdirdə, Yaxın Şərqdəki ABŞ hərbi gəmilərinə yeni və daha güclü zərbələr endiriləcək".
Oxu.Az "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari bildirib.
Daha əvvəl Pentaqonun Mərkəzi Komandanlığı ABŞ qüvvələrinin Xarq adası yaxınlığında, Cask bölgəsində və Oman körfəzində İranın üç neft tankerinə hücum etdiyini açıqlayıb.
"ABŞ ordusuna xəbərdarlıq edirik ki, İran gəmilərini təqib edərək onları təhlükəyə atmaqla öz cinayətlərini davam etdirəcəyi, həmçinin İrana qarşı dəniz blokadasını davam etdirəcəyi təqdirdə, İran Silahlı Qüvvələrinin Yaxın Şərqdəki ABŞ hərbi gəmilərinə zərbələri əvvəlkindən daha güclü olacaq", - deyə Zülfüqari bildirib.
O, həmçinin ABŞ hərbi gəmilərinə qarşı "zərbələrin miqyasının genişlənməsi" ehtimalını istisna etməyib.