ABŞ ordusu sentyabrın 5-də İranın üç xam neft tankerinə zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.
Qeyd olunur ki, bu, İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) region sularında patrul xidməti aparan ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə doğru ballistik raketlər atmasından sonra baş verib.
"ABŞ-nin bir aviadaşıyıcısı və idarəolunan raketlərlə təchiz edilmiş esminesi İranın bir neçə hücumundan uğurla yayınıb. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb. Bundan sonra CENTCOM Xarq adası sahillərində SEPAH-a məxsus "M/T Downy" və "M/T Stark 1" adlı xam neft daşıyan tankerləri zərərsizləşdirib.
ABŞ qüvvələri ,həmçinin Oman körfəzində içərisində yük olmayan "M/T Kylo" adlı xam neft tankerini tamamilə məhv edib. Ekipaja gəmini tərk etmək göstərişi verildikdən sonra gəminin bir neçə kritik hissəsinə zərbələr endirilib", - məlumatda vurğulanıb.
Həmçinin bildirilib ki, ABŞ qüvvələri öz hərbçilərini müdafiə etməkdən çəkinməyəcək və zərurət yaranacağı təqdirdə İranın məhdud və müdafiəsiz qalan neft donanmasını məhv edəcək.
ABŞ Silahlı Qüvvələri Xarq adası yaxınlığında İran tankerini vurub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə SNN telekanalı məlumat verib.

Məlumata görə, hücum nəticəsində heç kim xəsarət almayıb.
Qeyd edək ki, daha əvvəl Xarq ərazisində bir neçə partlayış səsinin eşidildiyi barədə məlumatlar yayılmışdı.
İranın Xarq adası yaxınlığında partlayış səsləri eşidilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fars" agentliyi məlumat verib.
Partlayışın dəqiq yeri və mənbəyi məlum deyil.