İran bir neçə aydır ki, ABŞ hərbçilərinin Xarq adasına mümkün desant çıxarmasına qarşı hazırlıq görür.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran sahilboyu əraziləri minalayıb, həmçinin adaya əlavə hava hücumundan müdafiə sistemləri və raket kompleksləri yerləşdirib.
Bildirilir ki, adanın sahil xəttində - ABŞ qoşunlarının desant çıxarma ehtimalının ən yüksək olduğu ərazilərdə - İran hərbçiləri piyada və tank əleyhinə minalar basdırıb, eləcə də digər müdafiə maneələri və tələlər hazırlayıblar.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Xarq adasını və burada yerləşən neft infrastrukturunu ələ keçirmək niyyətində olduğunu bəyan etmişdi.