İraq hökuməti bildirir ki, İŞİD silahlıları qədim Nəmrud şəhərini məhv etmək üçün ağır silahlardan istifadə edirlər.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, mədəniyyət irsinin incisi hesab edilən şəhərə həmlə barədə tarixi abidələrin qorunmasına cavabdeh nazirlik bildirir.
Ötən həftə Mosul muzeyindəki eksponatların darmadağın edilməsini əks etdirən videoyazı peyda olub.
BMT mədəniyyət agentliyinin İraq üzrə nümayəndəsi Alex Plathe xəbəri “İraq irsinə növbəti dəhşətli həmlə” kimi dəyərləndirib.
“Onlar tarixi silirlər”, İraq arxeoloqu, doktor Lamiə əl-Gailani danışarkən deyib.
İŞİD bildirir ki, qədim məbəd və abidələr "saxta bütlər" kimi məhv edilməlidir.