İraq ordusu Mosulun şərq hissəsində altı rayonu “İslam dövləti” (İŞİD) terror təşkilatının yaraqlılarından azad edib.
Oxu.Az xəbər verir ki, bu barədə şəhərin azad edilməsi üzrə əməliyyatın komandanı, general-leytenant Abduəmir Yaralla bəyan edib.
“Terror əleyhinə mübarizə dəstəsi bu gün Mosulun şərqində Əl-Malyain, Əs-Səməh, Əl-Hadra, Kirkuli, Əl-Qüds və Əl-Karama rayonlarını azad edib”, - komandanın sözlərindən “Əs-Sumariya” telekanalı sitat gətirib.
“Terror əleyhinə mübarizə dəstəsi düşmənə ciddi zərbə vuraraq altı rayonun binası üzərində İraq bayrağını qaldırıblar”, - Yaralla bildirib.
Mosulun İŞİD yaraqlılarından azad edilməsi üzrə yerüstü hərbi əməliyyat oktyabrın 17-də başlayıb. İraqın hökumət qoşunlarından başqa, əməliyyatda kürd qruplaşmaları, eləcə də ABŞ-ın rəhbərlik etdiyi terror əleyhinə beynəlxalq koalisiya da iştirak edir.
N.O.
www.oxu.az