İraqın hava məkanı sərnişin təyyarələrinin hərəkəti üçün yenidən istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə INA agentliyi ölkənin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.
"İraq səması ölkənin hava limanlarına istiqamət alan və oradan uçuş həyata keçirən təyyarələr üçün yenidən açıqdır. İraqın hava məkanında hərəkət tamamilə bərpa olunub", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, İraqın hava məkanının bağlanması ilə bağlı qərar bir gün əvvəl İranın İsrailə endirdiyi zərbələr fonunda qəbul edilmişdi.
İsrail və İran arasında qarşılıqlı zərbələr səbəbindən hava məkanının müvəqqəti bağlandığını elan edən İraq və Suriyanın səmalarında hazırda heç bir təyyarə uçuş həyata keçirmir.
Oxu.Az xəbər verir ki, bu barədə "Flightradar24" portalının məlumatlarına istinadən "RIA Novosti" məlumat yayıb. Bununla belə öz hava məkanını bağladığını bildirən İsraildən hazırda üç təyyarə, o cümlədən Budapeşt və Afinaya uçan reyslər havaya qalxıb. Digər bir layner isə Hayfadan Eylata doğru hərəkət edir, lakin təyyarələrin kütləvi cəmləşdiyi İordaniya hava məkanının yaxınlığında uçuşlar davam edir.
İyunun 8-nə keçən gecə İran tərəfindən İsrailə atılan raketlərdən sonra İraq hökuməti ölkənin hava məkanının üç gün müddətinə bağlandığını elan edib. Agentlik yazır ki, Suriya tərəfi Dəməşq hava limanının, o cümlədən şəhər səmasında İran raketlərinin zərərsizləşdirilməsi nəticəsində baş verən partlayışlara görə 12 saat ərzində reysləri qəbul etməyəcəyini və yola salmayacağını bildirib.
