Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İraqda evlilik yaşı doqquza endirilə bilər
İraqda qızların evlilik yaşının iki dəfə azaldılması ilə bağlı qanun layihəsi müzakirə olunur.
Oxu.Az "The Mirror"a istinadən xəbər verir ki, qanun layihəsi İraqdakı ultra-mühafizəkar müsəlman partiyalarının alyansı tərəfindən parlamentə təqdim edilib.
Nəşrin məlumatına görə, sentyabrın 16-da İraq parlamentində qızlar üçün nikah yaşının 18-dən 9-a endirilməsi ilə bağlı qanun layihəsi ikinci oxunuşdan keçib. İndi sənədin dövlət başçısı tərəfindən təsdiqi gözlənilir.
Ölkə hökuməti izah edib ki, nikah yaşının aşağı salınması İraqı İslam qanunlarının daha düzgün şərhinə yaxınlaşdıracaq və gənclərin əxlaqsız münasibətlərdən qorunmasını təmin edəcək.
"İraq" teqi üzrə xəbərlər
- Fidan: "Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyada gizlənirlər"
- İraqda uşaq evlilikləri haqqında qalmaqallı qanunun icrası dayandırıldı
- İraqın Niderlanddakı səfirliyində yanğın baş verib
- İraqda uşaq evliliyi ilə bağlı qanun: Doqquz yaşlı qızlarla dini nikaha icazə verildi
- Prezident İlham Əliyev Davosda Əbdüllətif Camal Rəşid ilə görüşüb