Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Türkiyəli Di Kaprio" aktyorluğu tərk etdi, yeni peşəsini açıqladı
Ötən əsrin 90-cı illərində şöhrətinin zirvəsinə yüksəlmiş və "türkiyəli Leonardo Di Kaprio" kimi tanınan Arda Kural bir müddət səhhətində problemlər yaşayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Çətin günləri arxada qoyan Kural aktyorluq sənətini davam etmək istəmədiyini deyərək, yeni peşəsini açıqlayıb.
"Komandirim", "Lisey dəftəri" və "Eyvah Kızım" kimi filmləri ilə populyarlaşan Ardaya vaxtilə psixoz diaqnozu qoyulub.
O, uzun illər tənha həyat sürüb. Hazırda Kural aktyorluğa maraq göstərmədiyini və zərgərliklə məşğul olduğunu bildirib.
"Qiymətli daşlar və metallarla işlədiyim bir emalatxanam var. Qızıl və brilyant alverçisi kimi işləməyi düşünürəm", - keçmiş aktyor bildirib.
Rəylər