Ermənistanın paytaxtı İrəvanda konstitusiya islahatlarının əleyhinə növbəti yürüş keçirilir.
Oxu.Az-ın NEWS.am-a istinadən verdiyi məlumata görə, yürüş iştirakçıları Mərkəzi Seçki Komissiyasının binasına çatıblar.
Etirazçılar Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan və prezident Serj Sarkisyanın istefasını tələb edirlər.
20:59
Ermənistanın paytaxtı İrəvanda “Yeni Ermənistan” ictimai qurtuluş cəbhəsi ölkədəki konstitusiya reformalarına qarşı etiraz aksiyasına başlayıb.
Oxu.Az NEWS.am-a istinadən xəbər verir ki, Yerevanın Azadlıq meydanında dekabrın 1-dən başlayan mitinqdən sonra cəbhənin liderləri öz tərəfdarlarını meydanda qalmağa çağırıb.
Etirazçılarla polis arasında toqquşmalar baş verib.