Suriya Hərbi-Hava Qüvvələrinin Təbaqadakı aviabazasına İŞİD-in 3 minə yaxın terrorçusunun hücum etdiyi vurğulanır.
Oxu.Az Milli.Az-a istinadən bildirir ki, aviabaza uğrunda döyüşlərdə Suriya ordusunun 170 hərbçisi, İŞİD-in isə 370 terrorçusu həlak olub.
Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının qərarı ilə Təbaqada sağ qalmış bütün hərbçilər, habelə təyyarələr və helikopterlər Deyr əz Zordakı aviabazaya köçürülüb.
İŞİD döyüşlərdə 320 suriyalı hərbçini əsir alıb. Əsir hərbçilərin çılpaq vəziyyətdə güllələnməyə aparılmasının videosunu yayan İŞİD görüntüləri "Kafirlər və taqut köpəklərinin sonu" adlandırıb.
Videoda İŞİD terrorçularının əsgərlərə "İslam Xilafəti, Allahu əkbər!" deməyə vadar etmələri, sonra da onları qoyun adlandıraraq güldükləri aydın görünür.