Türkiyənin Suriya ilə sərhəd Hatay vilayətində antiterror əməliyyatı zamanı İŞİD-ə qoşulmaq istəyən bir qrup Azərbaycan vətəndaşı həbs olunub.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxslər Hatayın Reyhanlı qəsəbəsində yaxalanıblar.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, İŞİD-ə mənsub olan 10 Azərbaycan və bir Misir vətəndaşı saxlanıldıqdan sonra müayinə üçün xəstəxanaya aparılıb, daha sonra isə Hatay polisinin təcridxanasına yerləşdirilib.
Onlar barəsində hansı tədbirin görüləcəyi daha sonra müəyyənləşdiriləcək.