Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov Moskvada Kremlə gedərkən Yeni Arbat küçəsində qəzaya uğrayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, salonunda Surkovun olduğu AMP hökumət seriyalı nömrə nişanlı BMW markalı avtomobil ayrılmış hərəkət zolağında geri dönüş manevri edən “Ford Galaxy” markalı taksi avtomobilinə çırpılıb.
Yol-nəqliyyat zamanı xəsarət alan olmayıb, prezidentin köməkçisi isə hadisə yerini dərhal digər avtomobillə tərk edib.