Ağ evdə terror aktı keçirməyə hazırlaşmaqda ittiham edilən amerikalı ABŞ prezidenti Barak Obamanı güllələmək istəyirmiş, Associated Press bildirib.
Oqayo ştatının 20 yaşlı sakini Kristofer Li Kornell yerli telekanala zəng edərək etiraf edib ki, “İslam dövləti”nin tərəfdarıdır. O, müsahibədə bildirib ki, hakimiyyət məmurlarını terrorçuların bazalarına vurulan zərbələrə görə intiqam almaq üçün öldürməyə hazırlaşırmış.
Oxu.Az Qazeta-ya istinadən xəbər verir.
Sinsinnatinin sakini vurğulayıb ki, ilk olaraq ABŞ prezidentinin başını nişan aldıqdan sonra konqressin deputatlarını da öldürərdi.
Kornellanın vəkilləri məhkəmədə müsahibənin yayımının qadağan edilməsinə səy göstərsələr də, amma məhkəmə yazının nümayişinə icazə verib.