İspaniyada iki sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə EFE agentliyi məlumat verib.
Qeyd edək ki, daha əvvəl 24 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, hadisə yanvarın 18-də Əndəlüs muxtar icmasında baş verib, Malaqadan Madridə gedən qatar relsdən çıxaraq digər istiqamətdəki qatarla toqquşub. İki qatarda 400-dən çox sərnişin olub.
Adamus şəhəri (Kordoba əyaləti) yaxınlığında baş verən fəlakətin səbəbi hələ məlum deyil. Madrid-Əndəlüs xəttində sürətli qatarların xidməti dayandırılıb.
İspaniya nəqliyyat naziri Oskar Puente qəzanın baş verməsinin "çox qəribə" olduğunu qeyd edib. Çünki onun sözlərinə görə, dəmir yolları bu yaxınlarda (2025-ci ilin may ayında) təmir edilib və əla vəziyyətdə olub ki, bu da qəzanı, onun fikrincə, "olduqca" qəribə edir.