"2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müvafiq müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov "2025-ci ilin yekunları və qarşıda duran hədəflər"ə dair keçirilən mətbuat konfransında diqqətə çatdırıb.
O bildirib ki, eyni zamanda bu il 220 uşağın sosial müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır:
"Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük. Həmçinin, 2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır".
Aygün Mirakif