İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, daha 34 nəfər xəsarət alıb.
İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində azı bir nəfər ölüb, daha 28 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin "Telegram" kanalında dərc olunan bəyanata görə, Dəməşqdəki bütün xəstəxanalar yaralıları qəbul etmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.
Zərərçəkənlərin sayının artması istisna edilmir.
İsrail ordusu bu gün ikinci dəfə Suriya ordusunun baş qərargahının binasına zərbə endirib.
Oxu.Az xəbər verir ki, hadisə anbaan yerli telekanallardan birinin canlı efirinə düşüb.
Belə ki, jurnalist canlı yayında olarkən İsrail qırıcısı hədəfə zərbə endirib və jurnalist dərhal efiri tərk edib.
Qeyd edilib ki, İsrail bu gün Dəməşqdə prezident sarayını, Müdafiə Nazirliyinin binasını və Suriya ordusunun baş qərargahının binasını hədəfə alıb.
İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqə hava zərbələri nəticəsində güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrailin Hərbi Hava Qüvvələri Dəməşq bölgəsində Suriya hərbi qərargahının iqamətgahını vurub.
Məlumatda qeyd olunur ki, bu, Suriya ordusunun ölkənin cənubunda druzlara qarşı həyata keçirdiyi əməliyyatlara cavabdır.
"İsrail ordusu siyasi rəhbərliyin göstərişinə əsasən, Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətləri izləməyə davam edir. Biz hücum edirik və bir neçə ssenariyə hazırıq", - İsrail ordusu yaydığı bəyanatda qeyd edib.