Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsraildə İrana məsxus casus şəbəkəsi aşkarlandı
İsrail polisi İran kəşfiyyatı üçün məlumat toplamaqda şübhəli bilinən yeddi nəfəri saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
"İsrail təhlükəsizlik xidmətləri İranın casus şəbəkəsini üzə çıxarıb, Tehran israilliləri casusluğa cəlb etməyə çalışıb. İranın iki kəşfiyyat agenti tərəfindən ikisi azyaşlı da daxil olmaqla yeddi israilliyə bütün ölkədəki hərbi bazalarda məlumat toplamaq üçün yüzlərlə tapşırıq verildiyi məlum olduqdan sonra onlar həbs edilib", - agentlik xəbər verir.
İsrail polisinin məlumatına görə, ölkənin təhlükəsizliyinə ciddi ziyan dəyib.
Materialın müəllifləri əlavə ediblər ki, İsrail prokurorluğu yaxın günlərdə ittiham aktı verəcək.
Rəylər