İsrailin həyata keçirdiyi hücumlar zamanı İranın iki yüksəkrütbəli hərbçisi həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə İranın rəsmi dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun İrana yönəlmiş son zərbələri nəticəsində hava hücumundan müdafiə qüvvələrində xidmət edən Seyyid Bəhmən Hüseyni və Əli Rza Əbiri adlı hərbi rəsmilər həlak olublar.
Həyatını itirən hərbçilərlə bu gün paytaxt Tehran şəhərində vida və dəfn mərasiminin təşkil olunacağı vurğulanıb.
