Türkiyə polisi İstanbulda ABŞ konsulluğuna hücumda şübhəli bilinən qadını saxlayıb.
Bu barədə Reuters Türkiyənin NTV kanalına istinadla xəbər yayıb.
Oxu.Az xəbər verir ki, hücum nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
10:35
İstanbulda iki naməlum şəxs ABŞ konsulluğuna hücum ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN Türk kanalı məlumat verib.
Qeyd olunur ki, hücum edənlər binaya atəş açıblar.
Cihan agentliyi məlumat verib ki, naməlum şəxslərin arasında bir kişi və bir qadın olub. Onlar gizlənməyə müvəffəq olublar.
Hadisə yerinə polis əməkdaşları gəliblər.