Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İtaliyada qadın psixiatr öz xəstəsi ilə evlənmək istədi: Peşman oldu
İtaliyanın Palermo şəhərində qadın psixiatr bir müddət əvvəl özünün xəstəsi olan 54 yaşlı kişi ilə evlənmək üzrə olub. Lakin toy baş tutmayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Today.it" nəşri yazıb.
Məlumata görə, cütlük nikah hazırlığında olub və mərasimdən əvvəl də hər şey qaydasında gedib. Lakin toy ərəfəsində bəy qohumların və dostların gələcək ailəyə verdikləri pulların içində olduğu zərfləri götürərək yoxa çıxıb.
Polis bəyi onun mobil cihazındakı geolokasiya vasitəsilə izləyib. Kişi saxlanılıb, pullar ondan geri götürülüb və ifadəsi alınıb. O etiraf edib ki, qaçmazdan bir müddət əvvəl gələcək həyat yoldaşı ilə onların keçmişini, həmçinin dəvət olunan qonaqların siyahısını müzakirə edib. Bu isə ona olduqca böyük gərginlik gətirib və kişi öz emosiyalarının öhdəsindən gələ bilməyib, problemlərin ən məqbul həlli kimi də evdən çıxmağı seçib.
Nəşrin qeyd etdiyinə görə, belə bir hadisədən sonra cütlüyün barışıb-barışmadığı və toyun baş tutub-tutmayacağı barədə məlumat yoxdur.
"İtaliya" teqi üzrə xəbərlər
- Türkiyəli deputat Romada avtomobil qəzasına düşüb
- İtaliya sahillərində 26 milyon dollarlıq əməliyyat başladı
- İtaliyalı parlamentarilər Şuşada aparılan bərpa-quruculuq işləri ilə tanış olurlar
- İtaliya paytaxtında Roma Papasının şərəfinə hazırlanan "Fransisk" dondurması üçün növbə yaranıb
- İtaliyadan Putinin "həbs edilməsi" ilə bağlı reaksiya